Bakıda qanunsuz parkinq söküldü - FOTO

15:48 - 24 Mart 2022

Bakıda qanunsuz parkinq söküldü - FOTO

Xocalı prospektində yerləşən Mübarək Şadlıq evinin qarşısında qanunsuz parkinq quraşdırılıb.

 

Manset.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

Bildirilib ki, vətəndaşlar üçün nəzərdə tutulan parkinq dəmir kilidlərlə zəbt olunub.

Bakı Nəqliyyat Agentliyi hadisəyə münasibət bildirib. Agentliyin mətbuat xidmətinin rəhbəri Mais Ağayev qeyd edib ki, məsələ ilə bağlı artıq tədbir görülüb.

Belə ki, həmin ərazidə quraşdırılan dəmir kilidlər sökülərək, əvəzinə plastik arakəsmə qoyulub.

 



Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az