Xocavənddə əməliyyat: Ermənilərin atıb-qaçdığı xeyli sayda silah-sursat aşkar edilib - VİDEO

12:05 - 23 Aprel 2022

Xocavənddə əməliyyat: Ermənilərin atıb-qaçdığı xeyli sayda silah-sursat aşkar edilib - VİDEO

Xocavənd RPŞ-nin əməkdaşlarının rayon ərazisində keçirdiyi tədbirlərlə xeyli sayda silah-sursat aşkar edilib.

 

Bu barədə DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Manset.az-a məlumat verilib.

Tapılan 5 avtomat, 3 qumbarataatan, 2 pulemyot, 1 tank əleyhinə idarə olunan raket sistemi, 1 tapança, 12 əl qumbarası və alışdırıcıları, 2358 müxtəlif çaplı patronlar və digər döyüş sursatları götürülərək aidiyyəti üzrə təhvil verilib. 

Xocavənd Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən işğaldan azad edilmiş ərazilərdə tərk edilmiş hərbi mövqelərdən silah-sursatın və partlayıcı vasitələrin toplanması istiqamətində intensiv tədbirlər davam etdirilir.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az