“Dünya Azərbaycanlılarının V Qurultayının məhz Şuşa şəhərində keçirilməsi həm mənəvi, həm də siyasi baxımdan böyük əhəmiyyət kəsb edən bir hadisədir. Şuşa təkcə ölkəmizdə deyil, bütün dünyada yaşayan Azərbaycanlıların doğma şəhəri olaraq şəhidlərimizin qanı-canı bahasına işğaldan azad edilmiş, xalqımızın, dövlətimizin tarixi Zəfərinin ən möhtəşəm mücəssəməsi olmuşdur. Prezident İlham Əliyevin öz çıxışında dediyi kimi, aprel ayının 22-də dünya azərbaycanlıları Şuşada özlərinin Zəfər qurultaylarını reallaşdırdılar. Çünki Vətən müharibəsində əldə olunmuş tarixi Zəfərdən sonra dünya azərbaycanlıları ilk dəfədir ki, bir yerə toplaşır, qurultay keçirdilər. Bundan sonra Azərbaycan xalqı müzəffər xalq kimi əbədi yaşayacaq, bundan sonra bizim dövlətimiz qalib dövlət kimi yaşayacaq”.
Manset.az xəbər verir ki, bu sözləri açıqlamasında Milli Məclisinin deputatı Kamaləddin Qafarov deyib.
Millət vəkili məlumat verib ki, bu mötəbər tədbirin məhz Şuşa şəhərində baş tutması ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 2001-ci ildə keçirilmiş Dünya Azərbaycanlılarının I Qurultayında Ulu Öndərin dediyi tarixi sözlərin gerçəyə çevrildiyini nümayiş etdirdi: “Dünya Azərbaycanlılarının ilk qurultayı məhz Heydər Əliyevin təşəbbüsü ilə 2001-ci ildə keçirilmişdir. Həmin qurultayda etdiyi tarixi çıxışında Ulu Öndər Qarabağ problemi ilə bağlı öz fikirlərini də bildirmiş və demişdi ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək, işğal altında olan torpaqlar işğaldan azad ediləcək və Azərbaycan xalqı öz dədə-baba yurduna qayıdacaqdır. Bu gün Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan ordusu Ulu Öndərin bu sözlərini gerçəyə çevirdi. Qarabağ münaqişəsinin həlli Azərbaycanın qarşısında duran başlıca vəzifə idi. Azərbaycan xalqı 30 il davam edən işğala son qoymaq üçün öz Prezidentinin ətrafında birləşdi, birliyini, iradəsini və gücünü ortaya qoydu, ədaləti, beynəlxalq hüququ bərpa etdi. Şuşa şəhəri xalqımız üçün son dərəcə əziz, müqəddəs bir məkandır və bu şəhərə olan sevgi, bağlılıq hər bir azərbaycanlının mənəvi varlığının ayrılmaz parçasıdır. Şuşa milli mədəniyyətimizin, incəsənətimizin beşiyidir. Erməni qəsbkarları 1992-ci il mayın 8-də işğal etdikləri Şuşanı uzun illər bütün dünyaya erməni şəhəri kimi tanıtmağa çalışsalar da, buna nail ola bilmədilər. Eyni siyasət Ermənistan tərəfindən 30 il ərzində Azərbaycanın işğal olunmuş digər şəhər və kəndlərinə qarşı da aparılıb. Lakin bütün bu yalan və uydurmalar son nəticədə erməni ideoloqlarının, necə deyərlər, öz başlarında çatladı. Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında igid əsgər və zabitlərimiz 2020-ci il noyabrın 8-də Şuşanı işğaldan azad etməklə Vətən müharibəsini tarixi Qələbə ilə başa vurdulr və bununla da Azərbaycan ərazilərində ikinci erməni dövləti yaratmaq arzularına birdəfəlik son qoydular”.
Kamaləddin Qafarov qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan tərəfindən imzalanmış üçtərəfli bəyanatla Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə son qoyuldu. Əslində Ermənistan üçün bir kapitulyasiya aktı mahiyyəti daşıyan bu bəyanat böyük tarixi əhəmiyyət kəsb edir. Azərbaycan Prezidentinin polad iradəsi, Azərbaycan Ordusunun yenilməz gücü və əlbəttə ki, Azərbaycan xalqının sarsılmaz birliyi Ermənistanı bu sənədi imzalamağa məcbur etdi. Möhtərəm dövlət başçımızın da dediyi kimi, Paşinyan bu sənədi öz xoşu ilə imzalamadı. Dəmir yumruğun hesabına imzaladı. Bu möhtəşəm tarixi zəfər Cənubi Qafqaz regionunda yeni reallıqlar yaratdı və bundan sonra artıq bütün dünya Azərbaycanın müəllifi olduğu bu reallıqlarla hesablaşmaq məcburiyyətindədir.
Millət vəkili xüsisi vurğulayıb ki, Azərbaycan Ordusu müharibə dövründə heç zaman hərbi cinayət əməllərinə əl atmayıb və müharibəni ləyaqətlə aparıb: “ Ermənistan döyüş meydanında məğlub oldu. Lakin bu gün yenə də bəzi qüvvələr tərəfindən Ermənistanda revanşist əhval-ruhiyyəsi qızışdırılır, erməni faşizminin yenidən dirçəldilməsinə cəhdlər olunur. Prezident İlham Əliyev öz çıxışlarında dəfələrlə vurğulayıb ki, Azərbaycan xalqı erməni faşizminin törətdiyi vəhşilikləri heç zaman unutmamalıdır. Azərbaycan erməni faşizminin vəhşiliklərinin nəticələrini bütün dünyaya daim xatırlatmalı və bu bəlanı yenidən region üçün təhdidə çevirmək istəyən qüvvələrə qarşı beynəlxalq həmrəyliyi təmin etməlidir. Məhz bu yönümdə də bütün dünyada yaşayan soydaşlarımızın birliyi, həmrəyliyi bizim ən güclü silahımız olmalıdır. Azərbaycan heç vaxt imkan verməyəcək ki, bizim bölgədə erməni faşizmi yenidən baş qaldırsın. Bunu hər kəs bilməli və Azərbaycanın görə biləcəyi əks-tədbirlərin Ermənistana çox baha başa gələcəyini də aydın şəkildə dərk etməlidir”.
“Şuşa bütün dünya azərbaycanlıları üçün müqəddəs məkandır” - Kamaləddin Qafarov
13:00 - 24 Aprel 2022
Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun Keçid et
Digər xəbərlər
27 Fevral 2026 - 13:12
Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu – SİYAHI
27 Fevral 2026 - 09:10
Bakıda 43 yaşlı həkim əməliyyatdan sonra həyatını itirdi
27 Fevral 2026 - 19:54
Şamaxıda daha bir zəlzələ oldu - YENİLƏNİB
27 Fevral 2026 - 11:52
Azərbaycanda məşhur xəstəxanada ƏMƏLİYYAT - Vəzifəli şəxs SAXLANILDI
27 Fevral 2026 - 13:57
Bu tarixdə Bakıya sulu qar yağacaq
27 Fevral 2026 - 10:30
İrəvan Teatrında yeni tamaşa – Klassik əsərə müasir baxış
27 Fevral 2026 - 18:11
Hazırda 24 yolda tıxac var - SİYAHI
27 Fevral 2026 - 16:54
Ceyhun Cəlilov onları niyə qəbul etdi? - FOTO
27 Fevral 2026 - 20:18
İmişlidə güclü YANĞIN
27 Fevral 2026 - 10:15
Talibandan açıqlama gəldi - Dünya qorxu içində
27 Fevral 2026 - 17:08
Sosial şəbəkələrə girişdə yaş məhdudiyyəti olacaq - Prezidentdən SƏRƏNCAM
27 Fevral 2026 - 17:51
Tələbə qızları şantaj edən şəxsə cinayət işi açıldı - VİDEO
Xəbər xətti
- 28 Fevral 2026
- 01:30 Yaxşı yuxu üçün 13 qida
- 00:30 Bu futbolçu "Barselona"da qalır
- 27 Fevral 2026
- 23:57 Bəzi şəxslərə 1000 manat veriləcəyi haqda xəbər yaydı - Həbs olundu
- 23:44 Leyla Əliyeva Qubada iftar məclisindən görüntülər paylaşdı
- 23:36 Nazilə Səfərliyə AĞIR İTKİ - FOTO
- 23:28 Xırdalanda qadın 12-ci mərtəbədən yıxılaraq öldü - FOTO
- 23:14 Mil-Muğan Regional Gənclər və İdman İdarəsinə yeni rəis TƏYİNATI
- 22:54 Tramp İranla danışıqlardan narazıdır
- 22:32 Ölən həkim bu xəstəxanada əməliyyat olunubmuş
- 22:15 Güclü külək bu rayonlarda fəsadlar törətdi - FOTO
- 21:52 Rubio İsrailə səfər edəcək
- 21:33 Qazaxıstan öz vətəndaşlarını İranı tərk etməyə çağırdı
- 21:16 Azərbaycanda 44 yaşlı həkim vəfat etdi - FOTO
- 20:58 Onuncu günün duası - İmsak və iftar vaxtı
- 20:42 “Azərişıq” güclü küləyin yaratdığı fəsadları aradan qaldırır - VİDEO
- 20:21 Vüqar Qurbanovla bağlı sensassion iddia - Səhiyyə Nazirliyini ABŞ-dən “vurdururmuş”…
- 20:18 İmişlidə güclü YANĞIN
- 20:10 "Zirə" "Araz-Naxçıvan"a qalib gəldi
- 19:54 Şamaxıda daha bir zəlzələ oldu - YENİLƏNİB
- 19:41 Ginnesin Rekordlar Kitabına düşən lənkəranlı sahildə ölü tapıldı
- 19:29 "Qalatasaray" və "Samsunspor"un oyunları təxirə salındı - SƏBƏB
- 19:14 Efiopiyanın Baş naziri Prezidentə Azərbaycan dilində təşəkkür etdi
- 18:59 Paytaxtın bu ərazilərində ağaclar qanunsuz kəsildi
- 18:49 Efiopiyanın Baş naziri Səngəçal neft terminalında olub - FOTOLAR
- 18:37 Vüsal Nəsirli Xırdalanda vətəndaşları qəbul etdi - FOTOLAR
- 18:31 Efiopiyanın Baş naziri Ələt Azad İqtisadi Zonasına getdi - FOTOLAR
- 18:22 Prezident Efiopiyanın Baş naziri ilə geniş tərkibdə görüşdü - FOTOLAR
- 18:11 Hazırda 24 yolda tıxac var - SİYAHI
- 17:56 "Qalatasaray"ın futbolçusuna həbs tələbi
- 17:51 Tələbə qızları şantaj edən şəxsə cinayət işi açıldı - VİDEO
- 17:38 Minatəmizləmə Agentliyinə yeni vəzifə həvalə edildi
- 17:35 Müğənni Edis hava limanında saxlanıldı
- 17:34 Prezident Bəhreyn və Bolqarıstana səfirlər təyin etdi
- 17:30 Prezidentdən "İçərişəhər" Qoruq İdarəsi ilə bağlı FƏRMAN
- 17:28 Almaniyada işsiz sayı 3 milyonu keçdi
- 17:21 "Qalatasaray"la əlaqəli şok statistika - İngilislər çətin vəziyyətə düşəcək
- 17:14 Kəlbəcərə böyük qayıdışın 5-ci mərhələsi - 118 nəfər doğma yurda qayıtdı
- 17:13 Qonşuna inandı - 20 il həbs cəzası aldı
- 17:08 Sosial şəbəkələrə girişdə yaş məhdudiyyəti olacaq - Prezidentdən SƏRƏNCAM
- 17:04 "Xocalı Soyqırımı Memorialı xalqın əyilməz iradəsinin və ədalətin təntənəsidir"
- 17:02 ABŞ bu ölkədə olan səfirlik əməkdaşlarına XƏBƏRDARLIQ ETDİ
- 16:54 Ceyhun Cəlilov onları niyə qəbul etdi? - FOTO
- 16:17 Hoteldəki faciəyə görə ayrıca cinayət işi ayrılıb - Mehdiyevlər dindirildi
- 16:06 "Gördüklərim məni insanlardan iyrəndirib" - Psixoloq
- 16:00 Efiopiyanın Baş nazirinin şərəfinə rəsmi nahar - FOTO
- 15:53 ETX kiberhücum cəhdlərinə qarşı operativ tədbir görüb
- 15:44 Mart ayında hava necə olacaq?
- 15:35 “Qalatasaray”ın rəqibi bilindi - 1/8 final mərhələsinin püşkatması
- 15:11 36 ayadək faizsiz kreditlə “City Garden Narimanov”da satışlar davam edir - “Kristal!”
- 15:03 Sabah planetlərin paradı olacaq
- 14:38 Britaniya Parlamenti bu təxribatın qarşısını almasa…