İçib maşını saxladığı yeri unutdu - Polisə qaçırıldığını dedi

09:56 - 26 Aprel 2022

İçib maşını saxladığı yeri unutdu - Polisə qaçırıldığını dedi

Gəncədə sərxoş sürücü maşınının qaçırıldığını zənn edib.

Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, şəhər sakini S.Məmmədov "102"yə zəng edərək ona məxsus "QAZ 31" markalı avtomobilin oğurlandığını deyib.

Polisin axtarışlarından sonra avtomobilin yeri şəhər ərazisində müəyyən edilib.

Araşdırmalar zamanı məlum olub ki, avtomobilin sahibi sərxoş olduğundan sonuncu dəfə maşını harada saxladığını unudub.

O, maşının qaçırıldığını zənn edərək polisə müraciət edib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az