Sumqayıt çayında ekoloji fəlakət yaşanır.
Manset.az xəbər verir ki, bir neçə gündür ki, çay bilərəkdən toyuq cəsədləri ilə çirkləndirilir.
Vaxtlı-vaxtında təmizlənməyən ərazidəki çirkab bəs etməmiş kimi, atılan leşlərdən gələn qoxu da nəfəsləri kəsir.
Xəzər dənizinə tökülən Sumqayıt çayına atılan ölü toyuqlar ətrafda sahibsiz itlərin də çoxalmasına səbəb olub.