Qanunsuz balıq ovlayan şəxslər cəzalandırıldı

10:46 - 26 Aprel 2022

Qanunsuz balıq ovlayan şəxslər cəzalandırıldı

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin və Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Xəzər dənizinin Bakı şəhəri akvatoriyasında, Kür çayı və Mingəçevir su anbarında  balıq ovlayan şəxslər saxlanılıb.

Manset.az-ın məlumatına görə, Xidmət rəsmisi Bəhruz Məhəmmədov bildirib ki, araşdırma zamanı brakonyerlərin Bakı şəhər sakini Simran İbrahimov, Mingəçevir şəhər sakini Xanəli Əhmədov, Yevlax rayon sakini Ağakərim Müslümov və Ağstafa rayon sakini Azər Hüseynov olduğu müəyyən edilib, onlardan istifadəsi qadağan olunmuş ov alətləri götürülüb.

“Faktlarla bağlı qanun pozucuları barəsində protokol tərtib olunub və qanunamüvafiq tədbirlər görülüb. Bir fakt üzrə isə təbiətə dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından hazırda Su Nəqliyyatında Polis İdarəsində təhqiqat aparılır”.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az