Səbail rayonu ərazisində yerləşən obyektdə baş verən partlayış zamanı xəsarət alanlardan özəl tibb müəssisəsində hazırda cəmi bir nəfər müalicə alır.
Manset.az Report-a istinadən xəbər verir ki, həmin şəxs seneqallı qızdır.
Hazırda onun vəziyyəti orta stabil olaraq qiymətləndirilir.
Məlumatı “Report”a TƏBİB-dən də təsdiqləyiblər.
Qeyd edək ki, aprelin 3-də saat 03:00 radələrində Tərlan Əliyarbəyov küçəsində yerləşən “Location” klubunda partlayış baş verib. Partlayış nəticəsində 4 nəfər vəfat edib.