Türkiyə istehsalı olan “Pak Panter” komediya filmində Bakı adı ilə Rusiyanın Moskva şəhəri nümayiş etdirilib.
Manset.az xəbər verir ki, filmdə casus fəaliyyətindən bəhs olunur və Azərbaycanın paytaxtı Bakı şəhərinə casusun ezam edildiyi səhnə yer alıb.
Məsələ burasıdır ki, ssenarist və ya rejissorun səhvi ucbatından Bakı kimi təqdim edilən kadrlar Rusiyanın Moskva şəhəridir. Kadrlarda trolleybus, binanın başında Rusiyanın bayrağı, havadan asılı rus dilində reklam banneri, bir qədər aralıda isə “Qazprom”un binası açıq-aşkar görünür.
Qeyd edək ki, Murat Aslanın rejissoru olduğu film 2010-cu ildə təqdim olunub, bu ilin əvvəlində isə yutuba yerləşdirilib. Ekran işində Ufuk Özkan, Metin Zakoğlu, Mehmet Ali Erbil, Sümer Tilmaç, Erdal Tosun, Doğa Rutkay kimi türkiyəli aktyorlar çəkilib.