"Sumqayıtda yanğın zamanı heç bir ekoloji problem yaranmayıb" - Nazir

09:17 - 29 Aprel 2022

\"Sumqayıtda yanğın zamanı heç bir ekoloji problem yaranmayıb\" - Nazir

"Bu yanğın zamanı heç bir ekoloji problem yaranmayıb. Fövqəladə Hallar Nazirliyinin laboratoriyası bir neçə saat əvvəl mütəmadi olaraq cihazlarla, habelə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin cihazları ilə birgə araşdırma aparıb".

 

Manset.az Report-a istinadən xəbər verir ki, bunları fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov jurnalistlərə açıqlamasında deyib.

"Havada heç bir ciddi zərər müşahidə olunmayıb", - nazir əlavə edib.

K.Heydərov yanğının baş verdiyi ərazidə közərmələrin olacağını, növbətçi yanğınsöndürən maşınların ərazidə səhərə qədər ərazidə qalacağını əlavə edib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az