Mehdiyevin kürəkəni toy qalmaqalından sonra ilk dəfə görüntüləndi - FOTO

16:44 - 29 Aprel 2022

Mehdiyevin kürəkəni toy qalmaqalından sonra ilk dəfə görüntüləndi - FOTO

Eks-deputat, AMEA-nın sabiq prezidenti Ramiz Mehdiyevin kürəkəni İlham Əliyev uzun müddət sonra ilk dəfə görüntülənib.

 

Manset.az qafqazinfo-ya istinadən xəbər verir ki, o, Bakının məşhur otellərindən birinin qarşısında 10-YY-040 dövlət qeydiyyat nişanlı “Rolls Royce” avtomobilini idarə edib.

Qeyd edək ki, İlham Əliyevin sürdüyü 10 YY 040 dövlət qeydiyyat nişanlı avtomobil “Kaspian Telekom” MMC-yə məxsusdur. Bu şirkətin qanunu təmsilçisi Orxan Əliyevdir. O. Əliyev isə İlham Əliyevin qardaşı Fikrət Əliyevin oğludur.

Xatırladaq kikeçmiş deputat İlham Əliyev 2020-ci ildə sərt karantin zamanı övladına toy etməsi ilə gündəmə gəlmişdi. Həmin ilin avqustun 22-də Abşeron Rayon Məhkəməsi İlham Əliyev və qudası Rövşən Mustafayevin 15 sutka müddətinə inzibati qaydada həbs olunması barədə qərar qəbul etmişdi.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az