Bu gün növbəti buraxılış imtahanı keçirilir

09:00 - 30 Aprel 2022

Bu gün növbəti buraxılış imtahanı keçirilir

Bu gün Dövlət İmtahan Mərkəzi tərəfindən Bakının Nəsimi, Nərimanov rayonlarında, Naxçıvan MR-də, Bərdə, Cəlilabad (II hissə), Daşkəsən, Gədəbəy, Göyçay, Göygöl, Qazax, Lerik, Sabirabad, Xaçmaz (II hissə) rayonlarında, Şəki şəhərində ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirilir.

 

Dövlət İmtahan Mərkəzidən Manset.az-a verilən xəbərə görə, imtahan saat 11:00-da başlanır.

İmtahanının başlanmasına 15 dəqiqə qalmış – saat 10:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır.

Bu gün keçiriləcək imtahanda 24864 şagirdin iştirakı nəzərdə tutulur.

İmtahanda 9 nəfər fiziki məhdudiyyətli (gözdən əlil, eşitmə əngəlli və digər) şagird də iştirak edəcək.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az