İslam Kərimovun nəvəsi eks-ərini zorakılıqda ittiham etdi - FOTO

13:43 - 30 Aprel 2022

İslam Kərimovun nəvəsi eks-ərini zorakılıqda ittiham etdi - FOTO

Özbəkistanın keçmiş Prezidenti İslam Kərimovun nəvəsi Məryəm Tillyayeva həyat yoldaşı, bloqer Amiran Sardarovdan boşanmasının səbəblərini açıqlayıb.

 

Manset.az “Spletnik”ə istinadən xəbər verir ki, Məryəm öz instaqram hesabında videomüraciət yayımlayaraq bu barədə danışıb.

İ. Kərimovun nəvəsi keçmiş həyat yoldaşını məişət zorakılığında ittiham edib. Belə ki, Məryəm boşanmasının səbəbinin fiziki və mənəvi zorakılıq olduğunu etiraf edib.

Onun sözlərinə görə, belə bir videomüraciət yaymasına səbəb Sardarovun onların ayrılmasına dair verdiyi müsahibə olub. Bloqer müsahibəsində bildirib ki, Məryəmlə ayrılmasına səbəb onlar arasındakı yaş fərqi olub. Belə ki, hazırda Məryəmin 23, Amiranın 35 yaşı var. Məryəm isə bunu təkzib edir.

Xatırladaq ki, cütlük cari ilin fevral ayının əvvəlində boşanıb. Onlar ötən ilin aprelində Los-Ancelesdə ailə həyatı qurmuşdu. Məryəm 14 yaşından ABŞ-da yaşayır və Amiranla burada tanış olub. A. Sardarov 2019-cu ildə “Forbes”in versiyasına görə, Rusiya internetinin ən çox qazanan 10 ulduzu sırasına daxil edilib. 

Cütlük qısa müddət davam edən bu evlilikləri ərzində qalmaqala da imza atıblar. Belə ki, bloqer öz instaqram hesabında Məryəmin alt paltarı olmadan fotosunu paylaşmışdı. Məlumata görə, Məryəmin ailəsi bu hadisədən böyük narahatlıq hissi keçirib. Nəticədə, Sardarov həyat yoldaşının ailəsindən üzr istəyib.

Qeyd edək ki, Məryəm İslam Kərimovun kiçik qızı Lola Kərimovanın qızıdır. Onun babası İslam Kərimov 2016-cı ildə dünyasını dəyişib.





Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az