Məşhur amerikalı aktyor Robert Redford 89 yaşında dünyasını dəyişib.
Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, böyük ekranda xarizması ilə tanınan Oskar mükafatlı rejissor və ətraf mühit fəalı Robert Redford 89 yaşında vəfat edib. Redfordun ölümü səhər saatlarında Yuta ştatının Provo yaxınlığındakı dağ evində baş verib. Aktyorun ictimaiyyətlə əlaqələr firması olan Rogers & Cowan PMK-nın baş direktoru Sindi Berger xəbəri açıqlayıb. Berger, Redfordun yuxuda öldüyünü bildirsə də, ölüm səbəbi ilə bağlı heç bir təfərrüat açıqlanmadı.
Redford onilliklər boyu Butch Cassidy və Sundance Kid və Prezidentin Adamları da daxil olmaqla saysız-hesabsız filmlərin ulduzu kimi yadda qalıb.