Fenomen müəllimin toyu da dərslərindən seçilmədi - FOTOLAR + VİDEO

10:47 - 20 İyun 2022

Fenomen müəllimin toyu da dərslərindən seçilmədi - FOTOLAR + VİDEO

Şagirdləri ilə birgə çəkdiyi videolarla sosial şəbəkələrdə fenomenə çevrilən Lənkəranın Jidi kənd məktəbinin müəllimi Leyla Qarazadənin toyu olub.

 

Manset.az "Qafqazinfo”ya istinadən xəbər ki, müəllimin toyu da əyləncə baxımından dərslərindən geri qalmayıb. Belə ki, mərasimə müəllimin dərs dediyi şagirdləri də dəvət olunub, onlar sevimli pedaqoqlarını dövrəyə alaraq rəqs ediblər. 

L.Qarazadə ixtisasca tarix müəllimi olan Faiq adlı həmkarı ilə ailə qurub.

Qeyd edək ki, L. Qarazadə sosial şəbəkədə şagirdlərinə etdiyi jestləri, onlara "bu gün sən nə gözəlsən...” deyərək video çəkməsi ilə məşhurlaşmışdı. Bir müddət əvvəl təhsil naziri Emin Əmrullayev də həmin müəllim və şagirdləri ilə görüşmüşdü. 





Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az