Bakı-İğdır-Bakı marşrutu üzrə növbəti reyslərin CƏDVƏLİ

18:58 - 06 Mart 2026

Bakı-İğdır-Bakı marşrutu üzrə növbəti reyslərin CƏDVƏLİ

Azərbaycan vətəndaşlarının Bakı ilə Naxçıvan arasında alternativ nəqliyyat əlaqəsindən istifadə edə bilmələri üçün AZAL-ın Bakı-İğdır-Bakı marşrutu üzrə 7-10 mart tarixlərini əhatə edən uçuş cədvəli hazırlanıb (bütün saatlar yerli vaxtla qeyd edilib).


Manset.az xəbər verir ki, bu barədə “Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat xidməti məlumat yayıb.

Uçuşa gələrkən aşağıda qeyd olunan vacib məqamlar nəzərə alınmalıdır:

Sərnişinlər uçuş vaxtından ən azı 1 saat yarım öncə hava limanına yaxınlaşmalı;

Üzərlərində xarici pasport və ya yeni nəsil şəxsiyyət vəsiqələrini götürməlidirlər.

Sərnişinlərlə uçuş cədvəlində hər hansı bir dəyişiklik baş verdiyi təqdirdə ətraflı məlumat paylaşılacaq.

Qeyd edək ki, Bakı-İğdır-Bakı marşrutu üzrə biletləri AZAL-ın veb-saytı və ya mobil tətbiqi vasitəsilə Naxçıvan istiqamətini seçərək, yaxud aviaşirkətin kassalarına müraciət edərək əldə emək olar.



Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az