Bakıda sanitar qovşaqda bulka bişirən müəssisə aşkarlandı - Jurnalist həmin sexi müdafiə edir (FOTO+VİDEO)

17:34 - 29 Avqust 2022

Bakıda sanitar qovşaqda bulka bişirən müəssisə aşkarlandı - Jurnalist həmin sexi müdafiə edir (FOTO+VİDEO)

Jurnalist Azər Həsrət Yasamal rayonu, Şərifzadə küçəsi 9 ünvanında yerləşən, fiziki şəxs Kərimova Təranə Həsən qızına məxsus unlu-qənnadı məmulatlarının istehsalı müəssisəsi ilə bağlı paylaşım edib. 

Manset.az-ın məlumatına görə, o, iddiaasında müəssisənin fəaliyyətini məhdudlaşdırmaq üçün obyektə gələn Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşını təhqir edib  və bildirib ki, həmin şəxs vəzifəsindən sui-istifadə edərək rüşvət almaq istəyib. “Bu adam kimdir? Bilmirik. Gəlib bir iş yerinə, deyir ki, buranı plomblamalıyam. İddia edib ki, Qida Təhlükəsizliyi Agentliyindən gəlib. Adını soruşublar, deməkdən imtina edib. Hətta qayıdıb ki, adımı nə edirsiniz? Yəni bu tərbiyəsiz adam kimdirsə ya adıkeçən qurumun adından sui-istifadə edir, ya da oranın işçisidir, rüşvət almaq üçün çırpınırmış”.

Aidiyyəti dövlət qurumunun məsələyə münasibətindən məlum olub ki, sözügedən müəssisədə sanitar-gigiyenik tələblərin kobud şəkildə pozulduğu, hətta un və un məmulatlarının sanitar qovşağın olduğu yerdə saxlandığı aşkar edilib. Bununla bağlı müəssisədə məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərar qəbul edilib və müəssisə rəhbəri inzibati məsuliyyətə cəlb olunub. AQTA əməkdaşı qərarın icrası ilə əlaqədar müəssisənin fəaliyyətini məhdudlaşdırmaq üçün obyektə yaxınlaşdıqda isə əvvəlcədən məlumatlandırılmasına baxmayaraq müəssisə rəhbəri Azər Həsrətə zəng edərək ondan kömək istəyib. Bu zaman AQTA müfəttişi özünü jurnalistə təqdim etməkdən imtina edib və yalnız sahibkara bu barədə məlumat verə biləcəyini deyib. Daha sonra xəttə gözləyən jurnalist öz vəzifə səlahiyyətlərini icra edən dövlət qulluqçusunu təhqir edib. Bununla yanaşı məsələni təhrif edib və müfəttişin fotosunu öz facebook səhifəsində paylaşaraq onu rüşvət almaqda ittiham edib. 

A.Həsrətin bağlanmasına etiraz etdiyi antisanitar şəraitdə fəaliyyət göstərən, vətəndaşların sağlamlığı bahasına, sanitar qovşaqda bulka istehsal edən müəssisəsinin görüntülərini təqdim edirik:

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

A post shared by Manset.az (@manset.az)


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az