ABŞ və İsrail tərəfindən həyata keçirilən hərbi əməliyyat nəticəsində İran ərazisində azı 9 669 mülki infrastruktur obyekti, o cümlədən 7 943 yaşayış binası zərər görüb.
Manset.az Report-a istinadən xəbər verir ki, bu barədə İranın Vitse-prezidenti Zəhra Bəhruzazər bildirib.
"Son hücumlar zamanı 9 669 mülki obyektə ziyan dəyib, onların arasında 7 943 yaşayış evi və 1 617 kommersiya təyinatlı obyekt var. 32 tibb müəssisəsi, 65 təhsil müəssisəsi və 13 Qızıl Aypara mərkəzi zədələnib", - İran hökumətinin mətbuat xidməti onun sözlərindən sitat gətirib.
Bəhruzazər əlavə edib ki, zərbələr nəticəsində 11 tibb işçisi həlak olub, onlarla xilasetmə xidməti işçisi xəsarət alıb.
Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyata başlayıb. SEPAH İsrail, Bəhreyn, İordaniya, Qətər, Küveyt, BƏƏ və Səudiyyə Ərəbistanındakı obyektlərə hücum edərək genişmiqyaslı cavab əməliyyatına başladığını açıqlayıb.