Zelenski Parisdə Pəhləvi ilə görüşdü

23:49 - 13 Mart 2026

Zelenski Parisdə Pəhləvi ilə görüşdü

Ukrayna Prezidenti Volodimir Zelenski Parisdə İranın sonuncu şahının böyük oğlu Rza Pəhləvi ilə görüşüb.


Manset.az xəbər verir ki, bu barədə Ukrayna lideri "X" sosial şəbəkəsindəki hesabında paylaşım edib.

Onun sözlərinə görə, tərəflər regiondakı vəziyyəti, həmçinin ABŞ-nin İrana qarşı əməliyyatını müzakirə ediblər.

"İran xalqının öz taleyini müəyyən etmək üçün daha çox imkanlar əldə etməsi son dərəcə vacibdir. Biz beynəlxalq təzyiqin və birgə səylərin buna nail olmağa necə kömək edə biləcəyi barədə danışdıq", - Zelenski qeyd edib.

O əlavə edib ki, Pəhləvi Ukraynanın suverenliyinə və ərazi bütövlüyünə dəstəyini ifadə edib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az