Payız ağac əkini proqramı üzrə hazırlıq işlərinə başlanıldı - FOTOLAR

09:22 - 03 Sentyabr 2022

Payız ağac əkini proqramı üzrə hazırlıq işlərinə başlanıldı - FOTOLAR

Bu ilin payız əkini mövsümündə Bakı və Abşeron yarımadasında “Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu” ASC tərəfindən 120 hektar sahədə 60 mindən çox ağacın əkilməsi nəzərdə tutulub.

Cəmiyyətin sədr müavini Söhrab Abbasov Manset.az-a bildirib ki, 2022-ci ilin yaz ağac əkini mövsümündə isə Bakı və Abşeron yarımadasında 64 hektar sahədə 28 mindən artıq ağac əkilib. Əkilən ağac tingləri “Azəryaşlandşaft” ASC-nin tinglik sahəsində yetişdirilib.

S.Abbasov ictimaiyyət nümayəndələrini, dövlət və özəl təşkilatları, təbiətsevərləri payız əkini mövsümündə bu nəcib təşəbbüsə qoşulmağa və ağacəkmə tədbirlərində yaxından iştiraka dəvət edib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az