Sentyabrın 14-ü saat 14:44-dən etibarən Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan Ordusunun Kəlbəcər rayonu istiqamətində yerləşən mövqelərini minaatanlardan və artilleriya qurğularından atəşə tutur.
Manset.az xəbər verir ki, Azərbaycan Ordusunun bölmələri tərəfindən zəruri tədbirlər görülür.
13:42
Ermənistan silahlı qüvvələrinin bölmələri D-30, D-20 topları və 82 millimetrlik minaatanlardan da istifadə etməklə Azərbaycan Ordusunun Kəlbəcər, Laçın və Daşkəsən rayonları istiqamətlərində yerləşən mövqelərini atəşə tutmaqda davam edir.
Manset.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
“Bölmələrimiz tərəfindən cavab tədbirləri görülür və qarşı tərəfin atəş məntəqələri məhv edilir.
Əməliyyat şəraiti ordumuzun nəzarətindədir”, - məlumatda deyilir.