Şəmkir polisi 14 yaşlı qızın nikaha daxil olması ilə bağlı araşdırmalara başladı- YENİLƏNDİ

21:27 - 15 Noyabr 2022

Şəmkir polisi 14 yaşlı qızın nikaha daxil olması ilə bağlı araşdırmalara başladı- YENİLƏNDİ

Şəmkir rayonunda növbəti yetkinlik yaşına çatmayan şəxsin nikaha daxil olması barədə sosial şəbəkələrdə yayılan məlumatlarla bağlı Şəmkir rayon Polis Şöbəsində müvafiq araşdırmalar başlanılıb.

 

Manset.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov bildirib.

Belə ki, 11-ci sinif şagirdi Ləman Mehtiyevanın (ad-soyad şərtidir) nişan mərasimi keçirilməsi barədə məlumata görə, artıq həm qızın, həm də qarşı tərəfin valideynləri şöbəyə dəvət olunaraq profilaktiki söhbət aparılıb, bildirilib ki, yetkinlik yaşına çatmayan şəxsin ailə qurması cinayət məsuliyyəti yaradır və bu məsuliyyəti valideynlər daşıyır.

***

Şəmkirdə nişanlandığı deyilən qızın valideynləri polisə çağırılıb.

Bu barədə Manset.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan məlumat verilib.

Qeyd edilib ki, Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşları artıq həmin qızın ünvanını müəyyəşləşdirib və onunla söhbət aparıb:

"Qız elçilik mərasimini təsdiqləyib, tezliklə nişan olacağını deyib və valideynləri toyu onun 18 yaşı tamam olandan sonra edəcəyini söyləyib. Bütün bunlara baxmayaraq, hər iki tərəfin valideynləri polis şöbəsinə dəvət edilib. Onlarla profilaktiki söhbətlər aparılacaq. Qanun tələbləri valideynlərin diqqətinə çatdırılacaq. Onlara bildiriləcək ki, yetkinlik yaşına çatmayan şəxslərin nikaha daxil olması məsuliyyət yaradır. Bu məsuliyyət də hazırda valideynlərin üzərindədir”.

***

Şəmkirdə 14 yaşlı qız 26 yaşlı əmisi oğlu ilə nişanlanıb.

Manset.az xəbər verir ki, bunu Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə bildirib.

O deyib ki, məsələ ilə bağlı Daxili İşlər Nazirliyinə (DİN) məlumat verib.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan "Report"a bildirilib ki, məsələ ilə bağlı araşdırma aparılır:

"Nəticəsi barədə məlumat veriləcək".


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az