Mənzil axtarışında olan və ya seçimlərini dəqiqləşdirmək istəyənlər üçün “Kristal” bayram günlərində əlverişli imkan yaradır!
“Kristal”ın satış ofisləri bayram günlərində də fəaliyyətini davam etdirərək,
mənzil axtaran hər kəs üçün geniş seçim imkanlarını əlçatan edir. Şirkətin
satış ofisləri bayram boyunca açıq olacaq və müştərilər müxtəlif layihələr,
satış şərtləri və mövcud mənzil seçimləri haqqında ətraflı məlumat əldə edə
biləcəklər.
Xüsusilə qeyd etmək lazımdır ki, “Kristal”ın yeni açılmış mərkəzi satış ofisi artıq fəaliyyətə başlayıb. “Elmlər” ərazisində, “Merida Premium” layihəsində yerləşən bu ofisdə şirkətin bütün layihələri bir məkanda təqdim olunur. Müştərilər burada müxtəlif ərazilərdə yerləşən komplekslər, mənzil planları, qiymətlər və satış şərtləri ilə rahat şəkildə tanış ola, özləri üçün ən uyğun variantı müqayisəli şəkildə seçə bilərlər. Bu isə vaxt itkisini minimuma endirərək qərar vermə prosesini xeyli asanlaşdırır.

“Kristal”ın layihələri şəhərin ən əlverişli və tələb olunan nöqtələrində yerləşir:
Nərimanov, Yasamal, Bayıl, ”Həzi Aslanov” metro stansiyası yaxınlığı,
Biləcəri, Əcəmi və Sumqayıt kimi müxtəlif lokasiyalarda hər zövqə uyğun
seçimlər təqdim olunur.
Mərkəzdə yaşamaqla yanaşı, 17,4 hektar, geniş yaşıllıq ərazisi və
premium həyat tərzi arzulayanlar üçün Nərimanovda yerləşən “City Garden Narimanov” layihəsi ideal seçimdir. Dəniz
mənzərəsi və Bakı bulvarına yaxınlıq istəyənlər üçün “Kristal Towers” fərqli
yaşam təcrübəsi təqdim edir. Kompleks daxilində bütün imkanların cəmləndiyi
rahat həyat tərzi axtaranlar “Park Yasamal” layihəsinə üstünlük verə bilərlər. “Gənclik”
parkının düz yanında yerləşən “Highland Residence” isə şəhərin mərkəzində komfort və
prestiji bir araya gətirir. Sumqayıtda dənizkənarı həyat arzulayanlar
üçün “Sahil Parkı”, metroya yaxın və əlverişli yerləşmə
istəyənlər üçün isə “Biləcəri” və “Park Əcəmi” layihələri ideal seçimdir.
Layihələr üzrə mənzil seçimləri kifayət qədər genişdir: Həm kiçik, həm də
geniş sahəli mənzillər, təhvilə yaxın və ya tikintisi davam edən variantlar
mövcuddur. Bu da hər büdcəyə və fərqli zövqlərə uyğun seçim etməyə imkan
yaradır.
Satış şərtləri də müxtəlif büdcəyə uyğun tənzimlənir. “Highland Residence” istisna olmaqla, bütün layihələrdə 20 ilədək ipoteka krediti mövcuddur. “Highland Residence” layihəsində isə mənzillər 36 ayadək daxili kreditlə təklif olunur. Digər layihələrdə də 36 ayadək daxili kredit imkanları mövcuddur. Xüsusilə “City Garden Narimanov” layihəsində 36 ayadək faizsiz daxili kredit şərtləri də təqdim edilir.

Bundan əlavə, “Evini hissə-hissə al” modeli də aktivdir. Bu model
sayəsində müştərilər aylıq öhdəliksiz, faizsiz və kreditsiz şəkildə mənzil
sahibi olmağa başlaya bilərlər. İstər 1 kv.m, istər 3 kv.m alaraq büdcələrinə
uyğun şəkildə investisiyaya başlayır, zamanla mənzillərini tamamlayırlar.
“Kristal” layihələrinin fasadları müasir memarlıq üslubunda olmaqla yanaşı, texniki baxımdan da keyfiyyətli və dayanıqlı materiallardan inşa edilir. Mənzillər sakinlərə tam təmirli şəkildə təhvil verilir ki, bu da əlavə xərc və vaxt itkisinin qarşısını alır. Eyni zamanda, səs və istilik izolyasiyası ilə təmin olunmuş divar və döşəmələr həm rahatlığı, həm də enerji qənaətini maksimum səviyyədə təmin edir.

Bayram günləri mənzil seçimi üçün ən doğru vaxtlardan biridir. Satış
ofisləri açıqdır və seçim imkanları genişdir. Ətraflı məlumat almaq və ya uyğun mənzili seçmək üçün
“Kristal”ın satış ofislərinə yaxınlaşa və ya *1544 qısa nömrəsi
ilə əlaqə saxlaya bilərsən.
Fürsəti qaçırma, bayram günlərində seçim edərək, gələcəyinə bu gündən
investisiya et.
Satış mərkəzlərinin
ünvanları:
City Garden Narimanov -
Nərimanov rayonu, Xəzri
küçəsi
Sahil Park - Sumqayıt Dənizkənarı Park
(Göyərçin heykəlinin yanı)
Park Yasamal - Yasamal rayonu, Müstəqillik
küçəsi
Highland Residence - Xətai rayonu, "Gənclik"
parkının yanı
SkyHome və Park Əcəmi - Nəsimi rayonu, Hüseynbala
Əliyev küçəsi, 32/24-cü məhəllə
Central Park - Nizami rayonu, Q.Qarayev
pr-ti, 2536-cı məhəllə
Park Xırdalan - Abşeron rayonu, Xırdalan şəhəri,
Heydər Əliyev prospekti 11
Biləcəri - Biləcəri qəsəbəsi, Xurşidbanu
Natəvan küçəsi 52C
Yeni Sumqayıt - Sumqayıt şəhəri, Sülh küçəsi
Kristal Towers - Səbail rayonu, Neftçi
Q.Abbasov küçəsi 32
Bütün
layihələr - Gəncə şəhəri, Şah İsmayıl Xətai prospekti 358A