ABŞ və İsrail qüvvələri İranın cənubundakı Hörmüzqan əyalətində yerləşən Bəndər Lingə limanına zərbələr endirib.
Manset.az xəbər verir ki, bu barədə dəniz təhlükəsizliyi sahəsində ixtisaslaşan Böyük Britaniyanın "Ambrey" şirkəti məlumat yayıb.
Qeyd edilb ki, İrandakı Bəndər Lingə limanına ABŞ-İsrail zərbəsi endirilib. Zərbələr nəticəsində qurbanlar və ya ticarət gəmilərinin zədələnməsi barədə məlumat verilməyib.
Bəndər Lingə - İranın cənubunda, Fars körfəzində yerləşən liman şəhəridir. Liman tranzit daşımalarını təmin edir, ona xüsusi iqtisadi zona statusu verilib.