“İran baş verənlərdən nəticə çıxarmalıdır” - Fəzail İbrahimli

16:43 - 16 Noyabr 2022

“İran baş verənlərdən nəticə çıxarmalıdır”  - Fəzail İbrahimli

“Fransa Senatında, başqa yerlərdə Azərbaycana qarşı atılan addımlar elə-belə olmur. Azərbaycanın 44 günlük müharibədə qələbəsi, Türk Dövlətləri Təşkilatlarının təşkilatlanması təbii ki, xristian, qərb dövlətlərini narahat etməyə bilməz. Onların sırasında özünü İslam dövləti adlandıran İran da canfəşanlıq edir”.

 

Manset.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında Milli Məclisin sədr müavini Fəzail İbrahimli deyib. 

O vurğulayıb ki, bu gün İran baş verən hadisələrdən nəticə çıxarmalıdır: “30 milyonluq insanın hissləri ilə oynamaq olmaz. Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin Cənubi Azərbaycanın şəhərlərində portretlərinin vurulması,  orada “cənubi Azərbaycan sizinlədir” yazılması məgər ibrət dərsi deyil? Bu, ruhun, ideyanın birliyidir. Liderin birliyinə olan münasibətdir”.

Fəzail İbrahimli bildirib ki, Fransa Ermənistanı bacısı adlandırır: “Bu, təsadüfi deyil. Fransa Əlcəzairdə 15 milyon insanı qətlə yetirib. Ermənistan Azərbaycanda nə qədər adamı qətlə yetirib? Deməli, 1918-ci il soyqırımı, Xocalı soyqırımı. Bunların genetik kodunda insan öldürmək, məhv etmək, soyqırım törətmək hissi var. Onların birliyi anti-türk siyasətindən qaynaqlanır. Azərbaycan güclüdür, xalq birdir, liderimiz güclüdür. 

Güclü bir dövlətin, güclü bir millətin zəfər addımından bütün dünya lazımı  nəticə çıxarmalıdır. Azərbaycan özünün haqq səsini qaldırıb, qaldırır, qaldıracaq və bundan sonra öz torpaqlarını müdafiə edəcək”.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az