Yanvarın 1-dən bu işdə çalışanlara 5 illik güzəştlər tətbiq ediləcək

13:32 - 18 Noyabr 2022

Yanvarın 1-dən bu işdə çalışanlara 5 illik güzəştlər tətbiq ediləcək

Azərbaycanın işğaldan azad edilmiş ərazilərində işləyən mütəxəssisə ilkin maddi-məişət şəraitinin dəstəklənməsi üçün birdəfəlik müavinətin təyin olunması şərtləri müəyyənləşir.

 

Manset.az report-a istinadən xəbər verir ki, bununla bağlı “Sosial müavinətlər haqqında” qanuna dəyişiklik layihəsi Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.

Dəyişikliklə Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində işləyən mütəxəssisə ilkin maddi-məişət şəraitinin dəstəklənməsi üçün müavinət - Əmək Məcəlləsinin 21-1-ci maddəsi nəzərə alınmaqla, işğaldan azad edilmiş ərazilərdə işləmək üçün azı 1 il müddətinə bağlanılmış əmək müqaviləsi olduqda təyin olunacaq.

Müzakirələrdən sonra dəyişiklik layihəsi səsverməyə çıxarılaraq I oxunuşda qəbul edilib


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az