Xəzər dənizindəki monitorinqlər başa çatıb - FOTO

14:48 - 18 Noyabr 2022

Xəzər dənizindəki monitorinqlər başa çatıb - FOTO

Xəzər dənizinin Azərbaycan sektorunda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Əlif Hacıyev adına elmi-tədqiqat gəmisi ilə keçirilən  monitorinqlər başa çatıb, Xəzər dənizinin hidrobioloji və hidrokimyəvi vəziyyəti öyrənilib.

Ekspedisiya qrupunun rəhbəri, Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin rəisi Nazim Mahmudov Manset.az-a bildirib ki, ekspedisiya qrupu yerli və xarici şirkətlərin neft-qazçıxarma müəssisələrinə aid özül və platformalar ətrafında, eyni zamanda Cənub-Şərqi Qoltuk, Kür dili və Lənkəran məntəqələrində  tədqiqatlar aparıb. 

“Monitorinqlər zamanı 19 məntəqə üzrə  su, zooplankton, bentos və dib çöküntüsü olmaqla, 208 nümunə götürülüb, hidrometeroloji ölçmələr aparılıb, dəniz üzərində atmosfer havasının çirklənmə vəziyyəti təhlil edilib, quşların miqrasiyasının vizual müşahidəsi keçirilib, su bioloji resurlarının ehtiyatları öyrənilib”.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az