Bakının bu ünvanında söküntü başladı - Sakinlərə kirayə pulu və mənzillər veriləcək (VİDEO)

08:55 - 21 Noyabr 2022

Bakının bu ünvanında söküntü başladı - Sakinlərə kirayə pulu və mənzillər veriləcək (VİDEO)

Nəsimi rayonunun "Papanin" kimi tanınan ərazisində söküntü işlərinə başlanılıb.

 

Manset.az "ATV-yə istinadən xəbər verir ki, söküntü işləri əsasən həyət evləri üzərində aparılır.

Həyət evlərinin söküntüsü başa çatdıqdan sonra ərazidə hündürmərtəbəli binalar inşa ediləcək. Artıq əksər sakinlər tikinti şirkəti ilə razılığa gələrək müqavilə bağlayıblar.

Sakinlər iki il müddətinə kirayə haqqı və sökülən evlərinin yerində inşa olunacaq hündürmərtəbəli binadan mənzillərlə təmin olunacaqlar.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az