TƏBİB-in dəstəyilə cərrahiyyənin aktual problemlərinə həsr olunan konfrans keçirildi

15:47 - 21 Noyabr 2022

TƏBİB-in dəstəyilə cərrahiyyənin aktual problemlərinə həsr olunan konfrans keçirildi

18-19 noyabr 2022-ci il tarixində akademik M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzi tərəfindən Lənkəran şəhərində TƏBİB-in dəstəyi ilə cərrahiyyənin aktual problemlərinə həsr olunmuş regional elmi-praktiki konfrans keçirilib.

 

Manset.az xəbər veir ki, konfransda açılış nitqilə çıxış edən ECM-nin direktoru, professor R.M.Ağayev toplantı iştirakçılarını salamlayıb və TƏBİB-in dəstəyilə aparılan bu tip tədbirlərin vaxtaşırı müxtəlif regionlarda əvvəllər də keçirildiyini, eləcə də artıq ənənə halı aldığını bildirib.

Konfransda Mərkəzin professorları tərəfindən ürək-damar, abdominal və endokrin cərrahlığının, həmçinin anesteziologiya və reanimatologiyanın aktual problemlərini əhatə edən mövzularda çıxışlar baş tutub və iştirakçıların sualları cavablandırılıb.
Keçirilən konfransda Lənkəran ilə yanaşı, Masallı, Cəlilabad, Astara, Yardımlı, Biləsuvar, İmişli rayonlarının da cərrah və anestezioloq-reanimatoloqları iştirak edib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az