Bu gün meşə fondu torpaqlarında 29 min ağac əkildi-FOTOLAR

19:38 - 21 Noyabr 2022

Bu gün meşə fondu torpaqlarında 29 min ağac əkildi-FOTOLAR

Bu gün meşə fondu torpaqlarında 29 000 ağac əkilib.

 

Bu barədə Manset.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, payız əkin planına uyğun olaraq meşəbərpa tədbirləri bu gün Qəbələ, Quba, Şabran, Tovuz, Şəmkir, Şamaxı, Şəki, Sabirabad, Bərdə və Masallı rayonlarının meşə fondu torpaqlarında həyata keçirilib.

Meşələrin İnkişafı Xidmətinin rəsmisi Vahid Fərzəliyev bildirib ki, Regional Meşə Təsərrüfatı mərkəzlərinin əməkdaşları tərəfindən gün ərzində meşə fondu torpaqlarının açıq və seyrək sahələrində hər bölgənin iqlim şəraitinə uyğun ümumilikdə 29 min ağac tingi əkilib, 3 500 kiloqramdan artıq toxum səpilib.

Ölkə üzrə meşəbərpa tədbirləri davam edir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az