"Həkim dərmanları düzgün verməyib" - Aftandil İsrafilovun qızı (VİDEO)

09:32 - 09 Dekabr 2022

\"Həkim dərmanları düzgün verməyib\" - Aftandil İsrafilovun qızı (VİDEO)

Xalq artisti Aftandil İsrafilovun səhhətindən xəbər var. 

 

Manset.az xəbər verir ki, "ATV səhər"ə danışan sənətkarın qızı Həcər İsrafilova atasına həkimlərin yanlış dərman verdiyini açıqlayıb:

"Reanimasiyadadır. Heç kimi içəri buraxmırlar. Bir dəfə həkimin yanına getdik-gəldik. Əvvəl yaxşı idi. Sonra ayaqları şişdi. Sonra başqa həkimin yanına getdik. Əfsuslar olsun ki, həkim də düzgün dərmanlar verməyib. Amma yaş da var, onları da başa düşmək olar".

Xatırladaq ki, Aftandil İsrafilov bir həftə əvvəl təcili olaraq xəstəxanya yerləşdirilib. Onun vəziyyətinin kritik olduğu bildirilirdi. 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az