Azərbaycanın tanınmış professoru vəfat etdi - FOTO 

10:39 - 21 Mart 2026

Azərbaycanın tanınmış professoru vəfat etdi - FOTO 

Filologiya elmləri doktoru, professor Lalə Əlizadə 76 yaşında vəfat edib.


Manset.az APA-ya istinadən xəbər verir ki, Lalə Əlizadə uzun sürən xəstəlikdən sonra bir neçə saat əvvəl evində vəfat edib.

O, Şüvəlan qəsəbəsindəki qəbiristanlıqda dəfn ediləcək.

Qeyd edək ki, Lalə Əlizadə 1950-ci ildə anadan olub. “Azərbaycan müəllimi” qəzetin, Bakıda yerləşən müxtəlif məktəblərdə, 1989-cu ildən isə Azərbaycan Memarlıq və İnşaat Universitetində müəllim kimi fəaliyyət göstərib.

Elmi yaradıcılığı boyu Məhəmməd Füzulinin irsinin araşdırılması ilə məşğul olub. Alimin "Füzulinin gizli sözü" (1989), "Füzulini tədris edərkən" (1995), "Böyük Füzulinin yadigarı" (1996), "Məhəmməd Füzuli" (2009) tədqiqat əsərləri işıq üzü görüb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az