Bu il Azərbaycandan daşınmaz əmlak alan rus və ukraynalıların sayı BİLİNDİ - SİYAHI

11:25 - 09 Dekabr 2022

Bu il Azərbaycandan daşınmaz əmlak alan rus və ukraynalıların sayı BİLİNDİ - SİYAHI

2022-ci ilin yanvar-noyabr ayları ərzində 1364 nəfər əcnəbi Azərbaycandan daşınmaz əmlak alıb. 2021-ci ilin müvafiq dövründə satılan əmlakların sayı isə 1317 təşkil edib.

 

Manset.az xəbər verir ki,  bu barədə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən oxu.az-a bildirilib ki, bu il Azərbaycanda əmlak sahibi olanların əksəriyyəti Rusiya vətəndaşlarıdır.

Belə ki, 11 ayda təkcə Rusiya vətəndaşları 934 mülk alıblar. Növbəti sırada isə Gürcüstan (132), İran (53), Ukrayna (39), Qazaxıstan (36), Türkiyə (35) vətəndaşları qərarlaşırlar.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az