Biləsuvar rayonunda təbii qazın verilişi üç gün müddətinə dayandırılacaq.
Manset.az Report-a istinadən xəbər verir ki, bu barədə rayon icra hakimiyyətindən məlumat verilib.
Bildirilir ki, dövlət proqramı çərçivəsində təbii qazın həcminin qəbul edilməsini, əhaliyə fasiləsiz və təhlükəsiz çatdırılmasını təmin etmək üçün “Astara-Qazməmməd” magistral qaz kəmərində aparılan təmir və yeni çəkilmiş boru hissəsinin mövcud qaz kəmərinə qoşulması işlərinə görə 13-15 dekabr tarixlərində qaz təchizatında fasilə yaranacaq.