22 ölkə Hörmüzlə bağlı bəyanat qəbul etdi 

11:22 - 22 Mart 2026

22 ölkə Hörmüzlə bağlı bəyanat qəbul etdi 

Birləşmiş Ərəb Əmirlikləri Xarici İşlər Nazirliyi 22 ölkənin birgə bəyanatını yayımlayıb.


Manset.az xəbər verir ki, həmin ölkələr gəmilərin Hörmüz boğazından təhlükəsiz keçməsini təmin etmək üçün töhfə verməyə hazır olduqlarını elan ediblər: "Hörmüz boğazından təhlükəsiz keçidi təmin etmək üçün müvafiq tədbirlərə töhfə verməyə hazır olduğumuzu bildiririk. Hazırlıq planlaşdırmasında iştirak edən ölkələrin öhdəliklərini alqışlayırıq".

Bəyanatı Avstraliya, Bəhreyn, Birləşmiş Krallıq, Danimarka, İtaliya, Kanada, Latviya, Litva, Niderland, Norveç, Yeni Zelandiya, Birləşmiş Ərəb Əmirlikləri, Rumıniya, Sloveniya, Finlandiya, Fransa, Almaniya, Çexiya, İsveç, Estoniya, Cənubi Koreya və Yaponiya imzalayıb.

İmza atan ölkələr həmçinin qeyd ediblər ki, Hörmüz boğazının bağlanması BMT-nin Dəniz Hüququ Konvensiyasının prinsiplərini pozur, qlobal təchizat zəncirlərinə mane olur və bütün dünya üçün təhlükə yaradır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az