AHİK-in rəhbərliyi və kollektivi Ulu Öndərin əziz xatirəsini böyük ehtiramla andı - FOTOLAR

11:28 - 12 Dekabr 2022

AHİK-in rəhbərliyi və kollektivi Ulu Öndərin əziz xatirəsini böyük ehtiramla andı - FOTOLAR

Dövlətimizin qurucusu və banisi, xalqımızın xilaskar oğlu Heydər Əliyevin anım günü ilə əlaqədar Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev, AHİK-in rəhbərliyi və kollektivi, həmçinin üzv və tabe təşkilatların sədirləri Fəxri xiyabanda əbədiyaşar liderin məzarını ziyarət ediblər.

 

Manset.az xəbər verir ki, Ulu Öndər Heydər Əliyevin məzarı önünə əklil qoyulub, xatirəsi ehtiramla yad edilib.

Sonra Ulu Öndərin ömür-gün yoldaşı, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın xatirəsi yad edilərək məzarı üzərinə gül dəstələri düzülüb.

Görkəmli dövlət xadimi Əziz Əliyevin və tanınmış həkim-alim Tamerlan Əliyevin məzarları üzərinə də gül dəstələri qoyulub.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az