Narkotik qəbul edib maşın sürən şəxs SAXLANILDI - FOTO

13:37 - 15 Dekabr 2022

Narkotik qəbul edib maşın sürən şəxs SAXLANILDI - FOTO

Ağstafa Rayon Polisi Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən rayon ərazisində hərəkətdə olan VAZ-2106 markalı avtomobilin sürücüsü yol hərəkəti qaydalarını pozduğu üçün saxlanılıb.

 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan Manset.az-a verilən məlumata görə, həmin nəqliyyat vasitəsini idarə edən Nazir Hüseynov narkotik vasitə qəbul etməsinə dair şübhələr olduğundan tibbi müayinədən keçirilib. Müayinənin nəticəsinə əsasən, N.Hüseynov narkotik vasitədən istifadə etdiyi məlum olub.

Onun barəsində toplanmış materiallar hüquqi qiymət verilməsi üçün aidiyyəti üzrə məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə sürücü 10 sutka inzibati qaydada həbs edilib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az