Qətərdə hərbi helikopterin qəzaya uğraması nəticəsində 7 nəfər həlak olub.
Manset.az “Al Jazeera”ya istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında planlı uçuş zamanı baş verib.
Qətər Müdafiə Nazirliyinin “X” platformasında yaydığı rəsmi məlumatda bildirilir ki, helikopter texniki nasazlıq nəticəsində idarəetməni itirərək dənizə düşüb. Göyərtədə ümumilikdə yeddi nəfərin olduğu bildirilir.
Qeyd edək ki, Türkiyənin Milli Müdafiə Nazirliyi Qətərdə baş verən helikopter qəzası ilə bağlı xəbəri təsdiqləyib.
Məlumata görə, Qətər-Türkiyə Birgə Qüvvələr Komandanlığı çərçivəsində təlim uçuşu həyata keçirən Qətər Silahlı Qüvvələrinə məxsus helikopter martın 21-i axşam saatlarında texniki nasazlıq səbəbindən dənizə düşüb. Faciəvi qəza nəticəsində ümumilikdə 7 nəfər həlak olub.
Nazirliyin məlumatına görə, şəhid olanlar arasında Türkiyə Silahlı Qüvvələrinin 1 hərbi qulluqçusu, ASELSAN şirkətinin 2 texniki əməkdaşı və Qətər Silahlı Qüvvələrinin 4 əməkdaşı yer alır.