Naxçıvana 2 yeni hakim təyin edildi

12:27 - 23 Dekabr 2022

Naxçıvana 2 yeni hakim təyin edildi

Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinə iki yeni hakim təyin edilib.

 

Manset.az xəbər verir ki, “Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında” qərar layihəsi Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.

Layihəyə əsasən, Naxçıvan Muxtar Respublikasının Ağır Cinayətlər Məhkəməsinin hakimi Bəylərli Səxavət Şahhüseyh oğlu və Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsinin hakimi Novruzov Səxavət Hüseyn oğlunun Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinə hakim təyin edilməsi ilə bağlı namizədliyi irəli sürülüb.

Qərar layihəsi səsverməyə çıxarılaraq təsdiqlənib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az