Saatlıda 50 yaşlı kişi bıçaqlandı 

23:24 - 22 Mart 2026

Saatlıda 50 yaşlı kişi bıçaqlandı 

Saatlıda qətl hadisəsi baş verib.


Manset.az APA-ya istinadən xəbər verir ki, hadisə Saatlı rayonunun Fətəlikənd kəndində qeydə alınıb.

    Belə ki, Fətəlikənd kənd sakini, 1977-ci il təvəllüdlü Söhbətov Rizvan Məmmədağa oğlu mübahisə zəminində 1976-cı il təvəllüdlü Abdullayev Rövşən Sədyar oğluna bıçaqla xəsarət yetirib.

    Ürək nahiyəsindən xəsarət alan R. Abdullayev Saatlı rayon mərkəzi xəstəxanasına çatdırılsa da onun həyatını xilas etmək mümkün olmayıb.

    Hadisəni törədən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.

    Faktla bağlı araşdırma aparılır.


    Bizi Facebook-da izləyin
    Yeniliklərdən xəbərdar olun
    Keçid et

    Digər xəbərlər

    Xəbər xətti

    Bütün xəbər xətti
    yenielan.az
    yenielan.az