Neftçalada külli miqdarda dəmir oğurlanıb.
Manset.az oxu.az-a istinadən xəbər verir ki, Daxili İşlər Nazirliyindən verilən xəbərə görə, dekabrın 22-də 3 nəfər “KamAZ” markalı avtomobillə rayon Elektrik Şəbəkəsinin keçmiş inzibati binasının həyətindən 4 ton dəmir qırıntılarını oğurlamağa cəhd göstərib. Onlar Neftçala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb. Həmin şəxslərin rayon sakinləri E.Əliyev, A.Həsənov və sürücünün S.Həsənov olmaları müəyyən olunub.
Faktla bağlı araşdırma aparılır.