Sülhməramlıların daha 2 avtomobili Laçın-Xankəndi yolundan maneəsiz keçdi

12:47 - 31 Dekabr 2022

Sülhməramlıların daha 2 avtomobili Laçın-Xankəndi yolundan maneəsiz keçdi

Rusiya sülhməramlılarına məxsus təminat-təchizat avtomobilləri Laçın-Xankəndi yolunda dinc aksiya keçirilən ərazidən maneəsiz hərəkət edirlər.

Manset.az xəbər verir ki, bu gün Xankəndidən Laçın istiqamətinə doğru hərəkət edən Rusiya sülhməramlılarına məxsus iki təminat-təchizat avtomobilinin aksiya ərazisindən maneəsiz keçməsinə şərait yaradılıb.

Bu, bir daha onu göstərir ki, aksiyanın keçirilməsinə baxmayaraq, sözügedən yol humanitar məqsədlər üçün açıqdır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az