Şaxta baba və Qar qız qəzaya düşdü - FOTO

15:09 - 31 Dekabr 2022

Şaxta baba və Qar qız qəzaya düşdü - FOTO

Tatarıstan Respublikasının Kazan şəhərində Şaxta baba və Qar qız paltarı geyinmiş aktyorlar qəzaya düşüb.

Manset.az xəbər verir ki, bu barədə "Novosti Tatarıstan - 24" məlumat yayıb.

Bildirilir ki, hadisə Nərimanov küçəsində qeydə alınıb. Yolu dəyişmək istəyən əcnəbi tələbinin idarə etdiyi avtomobil əks istiqamətdə gələn və salonunda Şaxta baba və Qar qızın olduğu digər maşınla toqquşub.

Yeni il qəhrəmanları qəzaya görə tələbəni günahlandırıblar.

Hadisə ilə bağlı araşdırma aparılır.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv