Bu rayonda avtomobil qəzası sakinləri qazsız qoydu

22:11 - 31 Dekabr 2022

Bu rayonda avtomobil qəzası sakinləri qazsız qoydu

Quba rayonunda avtoqəza nəticəsində 200 abonent qazsız qalıb.

 

Manset.az xəbər verir ki, Quba-Xaçmaz yolunun 1-ci km-də iki avtomobilin toqquşması nəticəsində nəqliyyat vasitələrindən biri qaz xəttinin üzərinə düşüb. Nəticədə rayonun Timiryazev qəsəbəsinin 200 abonenti qazsız qalıb.

Əhalini təbii qazla təminatını bərpa etmək üçün Quba-Xaçmaz regional qaz idarəsinin Quba sahəsinin qəza briqadası hadisə yerinə cəlb olunub.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az