“Baş verən hadisə açıq-aşkar terrordur və terrorçular mütləq cəzalandırmalıdır” - Hacı Surxay Məmmədli

17:24 - 27 Yanvar 2023

“Baş verən hadisə açıq-aşkar terrordur və terrorçular mütləq cəzalandırmalıdır” - Hacı Surxay Məmmədli

Qafqaz Müsəlmanları İdarəsi Qazilər şurasının üzvü hacı Surxay Məmmədli bu gün Cümə xütbəsində Azərbaycanın İrandakı səfirliyinə qanlı hücumla bağlı münasibət bildirib.

 

Manset.az-ın məlumatına görə, o, söyləyib ki, bu gün səhər saatlarında Tehrandakı səfirliyimizdə baş verən terror hadisəsi məni bir azərbaycanlı kimi dərindən sarsıtdı: “Baş verən terror hadisəsində şəhid olan soydaşımıza Uca Allahdan rəhmət, yaralılarımıza şəfa diləyirəm. Baş verən hadisə açıq-aşkar bir müsəlman ölkəsinin səfirliyinə qarşı terrordur və mütləq İran dövləti həmin terrorçuları cəzalandırmalıdır”.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv