Gəncədə minik maşını yandı

09:14 - 08 Fevral 2023

Gəncədə minik maşını yandı

Gəncədə yanğın hadisəsi baş verib.

 

Manset.az xəbər verir ki, hadisə şəhərin Poçt qəsəbəsində yaşayış binalarından birinin qarşısında qeydə alınıb.

Binanın qarşısında dayanmış vəziyyətdə olan minik avtomobilində anidən yanğın olub.

Dərhal hadisə yerinə FHN yanğınsöndürən avtomobilləri və canlı qüvvəsi cəlb olunub. Avtomobil tamamilə yanıb, yaxınlıqdakı nəqliyyat vasitələri yanğından mühafizə ediliblər.

Yanğının baş vermə səbəbləri araşdırılır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az