Məktəbdən çıxan şagird itkin düşdü

09:40 - 08 Fevral 2023

Məktəbdən çıxan şagird itkin düşdü

Bakıda məktəbli itkin düşüb.

 

Manset.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, 2019-cu ildən 1 saylı uşaq evində yaşayan, Bakı şəhəri, Nizami rayonunda yerləşən 220 saylı tam orta məktəbin 4-cü sinif şagirdi, 2010-cu il təvəllüdlü M.Rzayev fevralın 6-da məktəbdən çıxıb və bir daha geri qayıtmayıb.

Bildirilib ki, şagird həmin gün təhsil aldığı məktəbdə birinci dərsdən çıxdıqdan sonra itkin düşüb.

Faktla bağlı Nizami RPİ-nin 24-cü PŞ-də araşdırma və əməliyyat axtarış tədbirləri aparılır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az