VALİDEYİNLƏRİN DİQQƏTİNƏ! Uşaqlar arasında bu xəstəliklər artıb - VİDEO

23:20 - 25 Aprel 2023

VALİDEYİNLƏRİN DİQQƏTİNƏ! Uşaqlar arasında bu xəstəliklər artıb - VİDEO

Son vaxtlar uşaqlar arasında dəri xəstəlikləri artıb.

 

Manset.az Xezerxeber.az-a istinadən xəbər verir ki, 3 nömrəli uşaq dəri-zöhrəvi dispanserinin şöbə müdiri Hüriyyə Qarayeva bildirib ki, dəri xəstəlikərinə əsasən 15 yaşa qədər olan uşaqlarda rast gəlinir.

Xəstəlik dərinin açıq sahələrində geniş yayılır. Həkim ehtimal edir edir ki, azyaşlılar bəzi dəri xəstəliklərinə it-pişik kimi heyvanlardan və mal-qaradan daha çox yoluxa bilərlər.

Dəri xəstəlikləri ilə bağlı həkimə müraciət edən valideynlərin sayı da çoxalıb. Onlar bildirdilər ki, hər il yaz və yay fəsilində belə xəstəliklər özünü daha çox biruzə verir.

Hüriyyə Qarayeva dəri xəstəlikləri ilə bağlı valideynləri diqqətli olmağa çağırıb. Bildirib ki, xəstəliklə bağlı hər hansı bir şübhə yaranarsa dərhal həkimə müraciət edilməli, uşaq həkim-dermatoloqa göstərilməlidir. Onun sözlərinə görə, bir sıra dəri xəstəlikləri vaxtında müalicə olunmazsa, çox ciddi fəsadları ola bilər.

Həkim əlavə edib ki, yalnız düzgün müalicə aparmaqla dəri xəstəliklərinin qarşısını almaq olar.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az