Laçın sərhəd-buraxılış məntəqəsindən Prezidentə məruzə - VİDEO

10:41 - 26 Aprel 2023

Laçın sərhəd-buraxılış məntəqəsindən Prezidentə məruzə - VİDEO

Xəbər verdiyimiz kimi, Azərbaycan Dövlət Sərhəd Xidmətinin (DSX) bölmələri tərəfindən ölkəmizin suveren ərazilərində, Ermənistan ilə sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında nəzarət-buraxılış məntəqəsi qurulub.

 

Manset.az xəbər verir ki, yaradılan məntəqədə Azərbaycan bayrağının ucaldılması mərasimi baş tutub və nəzarət-buraxılış məntəqəsindən Prezident, Ali Baş Komandan İlham Əliyevə məruzə edilib.

“Möhtərəm Prezident, cənab Müzəffər Ali Baş Komandan, məruzə edirəm ki, Sizin tapşırığınıza əsasən, Azərbaycan-Ermənistan dövlət sərhədində, Həkəri çayının üzərindəki körpünün üstündə fəxarət rəmzimiz olan 3 rəngli dövlət bayrağımız dalğalanmaqdadır. Bununla da Vətən sərhədlərinin bütövlüyü təmin olunmuşdur. Yaşasın Azərbaycan, yaşasın Ali Baş Komandan! Qarabağ Azərbaycandır!”, - məruzədə deyilib.

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az