Temperatur iqlim normasından 5.3° isti olub

13:34 - 27 Aprel 2023

Temperatur iqlim normasından 5.3° isti olub

Ötən sutka ərzində havanın temperaturu iqlim normasından 5.3° yuxarı olub.

 

Milli Hidrometeorologiya Xidmətindən Manset.az-a verilən xəbərə görə, havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 23°-dək isti, Naxçıvanda 23-27° isti, dağlıq rayonlarda 16-20° isti, aran rayonlarında 24-28° isti olub.

Bildirilib ki, aprelin 27-29-da ölkə ərazisində hava şəraitinin nisbətən sabit, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir:

“Lakin gündüz saatlarında bəzi dağlıq rayonlarda şimşək çaxacağı, qısamüddətli yağış yağacağı, dolu düşəcəyi ehtimalı var. Mülayim cənub küləyi üstünlük təşkil edəcək”, - rəsmi məlumatda bildirilib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az