Cansudan İlham Əliyev və xanımına TƏŞƏKKÜR

00:03 - 29 Aprel 2023

Cansudan İlham Əliyev və xanımına TƏŞƏKKÜR

İrəvandakı Avropa çempionatında qızıl medal qazanan türkiyəli ağırlıqqaldıran Cansu Bektaş Azərbaycana dəvətə görə Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkürünü bildirib.

 

Manset.az xəbər verir ki, 49 kq-da qitə çempionu olan idmançı bu barədə özünün instaqram səhifəsində paylaşım edib.

"Hörmətli Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyevaya sonsuz təşəkkür edirəm. Medalım Azərbaycana ərmağan olsun", - Bektaş paylaşımında yazıb.

Qeyd edək ki, Cansu Bektaş İrəvandakı qələbəsini Azərbaycana həsr edib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az